Astrid Lindqrenin uşaqlar haqqında çıxışı

Dünyada nə qədər insan mövcud olacaq, o qədər də mübarizə və çarpışma olacaq. Kövrək dünyamız həmişə təhdid altındadır. Bəs zamanı deyilmi, özümüz-özümüzə sual verək. Sual verək ki, niyə bu münaqişələr var, niyə münasibətlərimiz münaqişələrlə başa çatır? Necə yaxşı insana çevrilək, aqressiyalarımızı necə unudaq?

Düşünürəm ki, bunu üçün lap əvvəldən — uşaqlardan başlamalıyıq. Tezliklə planeti idarə etməyə başlayacaq, artıq özləri sevgi və ya zorakılıqla yaşayacaqlarına qərar verməli olacaqlar.
İndi xatırlayıram ki, bizi idarə edənlərin hər hansı müdriklikdən, Tanrı verən istedaddan məhrum olduğunu anlayanda necə şoka düşmüşdüm. Eynən bizim kimi zəifliklərə və ehtiraslara malikdirlər, lakin bir fərqimiz var: Əllərində hakimiyyət var. Niyə bu insanlar belə pis qərarlar qəbul edirlər? Ola bilməz ki, təbiətən bu qədər zalım olsunlar.
Davamı →

Eqzüperinin duası

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, Eqzüperinin duasından hər günüm üçün güc verməyini diləyirəm. Mənə kiçik addımların sirrini öyrət.

Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə elə ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə. Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, İlahi!
Davamı →

Hans Xristian Andersen

Çox sevdiyim Viktor Hüqonun belə bir aforizmi var: “ İnci palçıqda əriməz”. Hansın da məhz inci kimi saf qəlbi ətrafdakı ona gülüb lağ edən insanların çirkabında məhv olmadı, daha da gözəlləşdi, özünün təsvir etdiyi kimi çirkin ördək balası ququşuna çevrilə bildi.

Əgər nağıllar toplusu dərc etsək, Danimarkalı yazıçı Hans Xristian Andersenin nağılları olmadan o toplu tam olmaz; “ Çirkin ördək balası”, “ Düyməcik”, “ Noxud üstündə yatan şahzadə qız”, Qalay əsgərcik”, Qar Kraliçası” və s digər sehirli nağılları daxil etmədən nağıllar toplusu tamamlanmamış görünərdi. Maraqlı burasıdır ki, müəllifin özünün də həyatı sehirli nağıla bənzəyib, bəzən kobud insanların təhqirləri, bəzən həyatın anlaşılmaz haqsız təsadüfləri, bəzən isə şöhrətin geniş qapıları ilə rastlaşan Hans yaşamış olduğu müxtəlif olaylardan dolayı psixi sarsıntılar keçirmişdi. Yazıçının qəribə qorxuları vardı, o yanmaqdan qorxurdu, harasa gedəndə həmişə özü ilə ip aparardı ki, qaldığı oteldə yanğın olsa qaça bilsin, diş ağrılarından, diş çəkdirməkdən, kiminsə onu zəhərləyəcəyindən, pul xərcləməkdən qorxurdu. Həyatı boyu üç qadını sevmişdi, heç birindən qarşılıqlı sevgi görmədi və həyatının sonuna qədər subay qaldı.
Davamı →

Azad ruhlu uşaqların yazarı - Astrid Lindgren

XX əsrin əvvəllərində İsveç uşaq ədəbiyyatı
Astrid Lindgren 1907-ci ildə anadan olmuşdu. İsveçdə uşaq ədəbiyyatının onun adı ilə başlandığı hesab olunur. Ancaq bu doğru deyil: Lindgren anadan olanda İsveçdə artıq görkəmli uşaq yazıçıları və gözəl uşaq ədəbiyyatı var idi. Məsələn, Selma Lagerlöf-un “Nilsin vəhşi qazlarla möhtəşəm səyahəti” əsərini göstərmək olar. Bu pedaqoji roman uşaq ədəbiyyatının klassikasıdı: O, yazıçıların niyə uşaqlar üçün xüsusi əsərlər yaratmağa başladıqlarını parlaq şəkildə əks etdirir. Bu, ilk növbədə böyüklərə lazım idi – uşağa çox vacib məsələləri anlatmaqdan ötrü vəsait qismində.

Selma Lagerlöf müəllimə idi və məhz, öz işi gərəyi maraqlı mətnlər uydururdu. Yuxarıda adı çəkilən nağılı da sadəcə ölkə coğrafiyasını uşaqlara əyləncəli şəkildə izah eləməkdən ötrü yazmışdı. Qazlar bir məkandan digərinə uçduqca həmin məkanda hansı şəhərlərin yerləşdiyindən, flora və faunasından danışmaq mümkün idi. Tədris ideyası ilə yanaşı bu kitab həm də tərbiyəvi əhəmiyyət daşıyırdı. Əsərin əvvəlindəki və sonundakı Nils – iki fərqli oğlandı. Selma Lagerlöf deyir ki, insanın elə-belə, durduğu yerdə dəyişməsi mümkün deyil. Yalnız nə isə yaşayandan, müəyyən sınaqlardan keçəndən sonra dəyişmək olar. Yalnız şəxsi təcrübə insana dəyişmək imkanı verir.
Davamı →

Balaca şahzadə | Ekzüperi

Yəqin ki, dünyada elə bir adam tapılmaz ki, fransız yazıçısı Antuan de Sent-Ekzüperinin qəhrəmanı Balaca şahzadəni tanımamış olsun. Bu ibrətamiz nağıl, yazıçının uşaqlıq xatirələri və yaşadıqlarını əlavə elədiyi avtobioqrafik pritça fransız dilindən ən çox çevrilən və oxunan kitab hesab olunur.

Kitabın qəhrəmanı başqa planetdən gəlsə də əbədi olaraq qəlblərimizə köç edib. 

“Balaca şahzadə”dən sitatlar
Belə bir dəyişməz qayda var: səhər durdun, yuyundun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.

Mənim sirrim budur, o çox sadədir: iti görən ancaq ürəkdir. Ən vacib olanı gözlərlə görmək olmur.

Ancaq və ancaq düz getsən, uzağa gedə bilməyəcəksən.

Çiçəklərin nə danışdıqlarını dinləmək lazım deyil. Sadəcə onlara baxmaq və qoxulamaq lazımdır.

Davamı →